AZ

Tramp onunla danışdı, Putinə baxışı dəyişdi Dünya şokda

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın sentyabrın 23-ü BMT-dəki çıxışı zamanı Rusiya ilə bağlı sərt açıqlamaları və Ukraynanın müharibədən əvvəlki sərhədlərini bərpa etməsinin mümkün olduğunu deməsi beynəlxalq siyasi arenada böyük təəccüblə qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, “The Telegraph” Trampın məhz Böyük Britaniyaya səfərindən sonra Moskva ilə bağlı mövqeyinin dəyişməsinə diqqət çəkib.

Nəşr yazır ki, Ağ Ev rəhbəri bu bəyanatı BMT sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşdükdən dərhal sonra verdi. Lakin məsələnin arxa planında qısa müddət öncə Trampın Böyük Britaniyaya səs-küylü səfəri, kral III Çarlzla görüşü, Vindsor qalasındakı açıqlamaları diqqət çəkir. Belə ki, ABŞ prezidentinin məhz bu səfərin ardınca Rusiyaya qarşı münasibəti, Ukrayna müharibəsindəki mövqeyi köklü şəkildə dəyişdi.

“The Telegraph” Çarlzın Trampa Rusiyanın aqressiv davranışlarının Avropa üçün necə bir təhdid yaratdığını izah etdiyini vurğulayıb.

“Doğrudur, bütün dünya son açıqlamalara görə təəccüb içindədir. Lakin doğurdanmı Tramp Rusiya Prezidenti Vladimir Putinin davranışlarından bezdi? Axı Rusiya Ukraynaya hücumu davam etdirərkən, paralel olaraq Trampa isti vədlər verirdi. Həqiqətənmi Tramp hazırda Ukraynanı və bir zamanlar Oval ofisdə alçaltdığı prezidenti dəstəkləyir?” – nəşr bildirir.

Ayşən Mustafa

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr