AZ

Bakıda mühüm tədbir: türkiyəli rəsmi danışdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda keçirilən lll Beynəlxalq Statistika Forumunda 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.

Globalinfo.az-a danışan Türkiyə Statistika Qurumunun sədr müavini Abdullah Yüksəl deyib ki, burada üç gün ərzində statistika sahəsində çox mühüm mövzular müzakirə ediləcək:

“Forumun bütün statistika ictimaiyyəti üçün xeyirli olmasını arzulayıram. Ümumdünya Statistika Günü ərəfəsində keçirilən Forum çox mühüm və vacib xarakter daşıyır. Müstəqil Dövlətlər Birliyindən və digər xeyli sayda ölkədən iştirakçılar buradadır. Ümumilikdə Azərbaycanın Dövlət Statistika Komitəsinə və tədbirin ev sahiblərinə təşəkkürümü bildirirəm”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
globalinfo.az

1Mənbələr