ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Füzuli və Cəbrayıla səfəri başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
İşçi qrupun üzvləri səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olacaq, aşkar olunan minaların zərərsizləşdirilməsi prosesini izləyəcəklər. Həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində minatəmizləmə fəaliyyətinə cəlb olunan yerli şirkət tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanışlıq və brifinq nəzərdə tutulub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.