AZ

Gələn il Qlobal ÜDM artımı 2,9 faiz olacaq - OECD

Qlobal ümumi daxili məhsulun (ÜDM) artımının 2025-ci ilin sonunda 3,2 faiz, 2026-cı ildə isə 2,9 faizə enəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı iqtisadi proqnozda qeyd olunub.

OECD-ə görə, artan tariflər və hələ də yüksək siyasət qeyri-müəyyənliyi investisiya və ticarəti geridə qoyur.

Məlumata görə, 2025-ci ilin birinci yarısında qlobal iqtisadi artım, xüsusən də bir çox inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında gözləniləndən daha davamlı olub. 

Gülşən Şərif

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr