AZ

Azərbaycanda aviasiya hadisələrinin araşdırılması üzrə yeni komissiyanın tərkibi və qaydalar təsdiqləndi

"Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərarla, aviasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm institusional dəyişikliklər həyata keçirilib. Əvvəlki normativ sənədlər ləğv edilərək, daha müasir və beynəlxalq təcrübəyə uyğun araşdırma və tənzimləmə mexanizmləri müəyyənləşdirilib.

Yeni daimi komissiyanın yaradılması, aviasiya hadisələrinin və insidentlərinin operativ, şəffaf və səmərəli şəkildə araşdırılmasına xidmət edəcək. Bu, həm də mülki aviasiyada təhlükəsizlik standartlarının artırılması məqsədini daşıyır.

Eyni zamanda, komissiyanın Əsasnaməsi, tərkibi və fəaliyyət qaydaları artıq rəsmi şəkildə hüquqi baza qazanıb ki, bu da aviasiya sektorunda baş verə biləcək fövqəladə hadisələrin düzgün qiymətləndirilməsinə və gələcəkdə onların qarşısının alınmasına yönəlib.

Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir:

Daimi komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri

Daimi komissiya sədrinin müavini

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Daimi komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının müdafiə naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

 
 

Seçilən
12
24
7news.az

10Mənbələr