AZ

Belarus sərhədlərin sentyabrın 25 də açılacağı ilə bağlı Polşadan bildiriş alıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Minsk sentyabrın 25-dən etibarən Belarus–Polşa sərhədinin açılması ilə bağlı Varşavadan rəsmi bildiriş alıb.

AZƏRTAC xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsi bu barədə özünün sosial media hesabında məlumat yayıb. “Polşa Respublikasının Sərhəd Xidməti keçid məntəqələrinin sentyabrın 25-dən etibarən açılacağı barədə bizi məlumatlandırıb” – deyə qurumdan bildirilib.

Qeyd edək ki, Varşava bu ölkə ilə sərhəddəki bütün keçid məntəqələrini Belarusla Rusiyanın birgə keçirdiyi “Qərb-2025” təlimləri ilə əlaqədar bağlamışdı. Polşanın Daxili İşlər Nazirliyi keçid məntəqələrinin qeyri-müəyyən vaxtadək bağlı qalacağını və yalnız təhlükəsizliklə bağlı vəziyyətinin qiymətləndirilməsindən sonra açılacağını bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr