AZ

28,2 min uşağa reabilitasiya xidmətləri göstərilib

28,2

Bu ilin yanvar-avqust aylarında əlilliyi olan 28,2 min uşağa xidmətlər göstərilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, onlardan 19,2 mini ambulator, 1,4 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunublar.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Reyting.az
Seçilən
16
7
reyting.az

8Mənbələr