AZ

Serbiya Milli Assambleyasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Seçilən
18
16
azertag.az

10Mənbələr