AZ

İmişli iddiasından əl çəkmir CAS a şikayət edəcək

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 4-cü turunda adı protokolda olmayan futbolçunu meydana buraxdığı üçün İntizam Komitəsi tərəfindən texniki məğlubiyyətlə cəzalandırılan "İmişli" klubu AFFA-nın qərarı ilə razılaşmır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi hətta beynəlxalq İdman Arbitraj Məhkəməsinə üz tutmağa hazırlaşır.

Premyer Liqa təmsilçisinin mətbuat xidməti bununla bağlı sorğumuza cavab olaraq məlumatı təsdiqləyib:  

"İmişli" Peşəkar Futbol Klubu olaraq AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarla bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət təqdim edəcəyik. İddiamıza dair hüquqi prosedur çərçivəsində müvafiq qərarın verilməsini gözləyəcəyik.

Əgər Apellyasiya Arbitraj Tribunalının qərarı bizi qane etməzsə, məsələnin daha yüksək instansiyada araşdırılması məqsədilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindəyik".

Qeyd edək ki, AFFA İntizam Komitəsi 4-cü turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verib və 5000 manat cərimə edib. 

Beş oyunda 7 xal toplayan "İmişli" hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
fanat.az

2Mənbələr