AZ

Təkmilləşdirilən F-16V döyüş təyyarəsi Yunanıstan HHQ-yə təhvil verilib

ABŞ-ın “Lockheed Martin” şirkəti təkmilləşdirilmiş 42-ci F-16V döyüş təyyarəsini Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) çatdırıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Lockheed Martin Europe” özünün “X” hesabında məlumat paylaşıb.

“Bu, Yunanıstanın donanmasının modernləşdirmə proqramında yarı mərhələnin tamamlanmasını göstərir. Bu mühüm mərhələ Yunanıstanın müttəfiq əməliyyatlarındakı rolunu gücləndirir və döyüşə hazır imkanların təmininə sadiqliyimizi bir daha vurğulayır”, – deyə məlumatda bildirilib.

Seçilən
7
poliqon.az

1Mənbələr