AZ

Ülkər Səttarova: Azərbaycana əcnəbi tələbələr öz maraqları, istəkləri ilə gəlirlər

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Azərbaycan universitetlərində 11 minə yaxın əcnəbi tələbə Azərbaycan hökuməti hesabına təhsil almaq imkanı əldə edib".

Oxu.Az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycana əcnəbi tələbələr öz maraqları, istəkləri ilə gəlirlər:

"Eyni zamanda, ölkəmizin də təsis etdiyi müəyyən qrantlar var. Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı belə layihələrdəndir. Artıq ona yekun vurulub. Sentyabrın 15-dən etibarən Azərbaycana müxtəlif ölkələrdən əcnəbi tələbələr gəlib. Onlar Azərbaycan hökuməti hesabına aparıcı universitetlərimizdə təhsil almaq hüququ əldə ediblər. Hazırda Azərbaycan hökuməti hesabına təhsil almaq imkanı qazanan tələbələrin sayı 11 minə yaxınlaşıb".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
oxu.az

2Mənbələr