AZ

Sahibə Qafarova: Azərbaycan Serbiya əlaqələri çox əhəmiyyətli xarakter daşıyır

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Azərbaycanla Serbiyanın əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

APA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Serbiya Milli Assambleyasının Sədri Ana Brnabiç ilə birgə mətbuata brifinqində deyib.

Sahibə Qafarova Sədr bildirib ki, hər iki ölənin dövlət başçılarınını qarşılıqlı səfərləri ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında xüsusi rola malikdir.

“Azərbaycan-Serbiya əlaqələri çox əhəmiyyətli xarakter daşıyır”, - o vurğulayıb.

MM sədri qeyd edib ki, bu gün parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu müşahidə edilər.

Sədrin sözlərinə görə, ötən dövr ərzində parlament sədrlərinin və ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələri yüksəldib: “Nümayəndə heyətlərimiz hər zaman təmasda olur və bütün məsələlərdə bir-birini dəstəkləyir. Parlament komitələrimiz arasında əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparıla bilər”.

Sədr inanır ki, bu səfər parıamentlər arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
icma.az

3Mənbələr