Olaylar.az xəbər verir ki, komitənin Teleqram kanalında verilən məlumata görə, demək olar ki, iki həftə əvvəl bağlanan Belarus-Polşa sərhədindəki keçid məntəqələri sentyabrın 25-i, Minsk vaxtı ilə saat 1:00-dan etibarən fəaliyyətini bərpa edəcək.
Polşa sentyabrın 12-də gecə saatlarında Belarusla bütün fəaliyyət göstərən sərhəd keçid məntəqələrini bağlamışdı. Terespolchr("39")da sərnişin daşımaları üçün nəzərdə tutulan keçid məntəqəsi ilə yanaşı, "Kukuryki-Kozloviçi" yük keçid məntəqəsi və üç dəmir yolu keçidi - "Kuznica Bialostocka"-"Grodno," "Siemianowka"-"Svisloç" və "Terespol"-"Brest" vasitəsilə nəqliyyatın hərəkəti dayandırılmışdı.
Polşa Baş naziri Donald Tusk bu qərarı sentyabrın 9-da elan etmiş və bu addımı Belarus-Rusiya arasında keçirilən "Zapad 2025" təlimləri ilə əlaqələndirmişdi. Polşanın Daxili İşlər Nazirliyi sərhədin qeyri-müəyyən müddətə bağlandığını və açılışın hakimiyyət orqanlarının təhlükəsizlik qiymətləndirməsindən asılı olacağını vurğulamışdı.