AZ

“Qurani Kərim”ə qarşı xoşagəlməz KAMPANİYA Arxasında hansı güclər DAYANIR?

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son zamanlarda sosial şəbəkələrdə “Qurani-Şərif” haqqında xoşagəlməyən videolar paylaşılır. Sıradan biriləri müqəddəs kitab haqqında hədyanlar danışır. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır.Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən dinşünas Tural İrfan deyir ki, sosial şəbəkələrdə, xüsusən TikTok platformasında, əsasən də qadınlardan ibarət ayrı-ayrı şəxslər İslam dini, mənəvi dəyərlər, müqəddəs "Qurani - Şərif" əleyhinə təhqiramiz təbliğat aparırlar:

 

MÖVZU İLƏ BAĞLI:ABŞ-da konqresmenliyə namizəd "Quran"ı yandırdı – VİDEO

“Cəmiyyət üçün digər zərərli mövzularla yanaşı müqəddəs hesab olunan dəyərləri təhqir edib hədəfə gətirməklə bu şəxslər həm milli-mənəvi dəyərlərimizə qarşı çıxır, həm də qanunu pozurlar. Söz və etiqad azadlığından sui-istifadə edən belə şəxslər barədə mütləq hüquqi ölçü götürülməlidir. İnanıb inanmamaqda vətəndaşlar sərbəstdir. Lakin inanan insanları və inandıqlarını aşağılamaq yolverilməzdir.Belə hallar son dövrdə geniş vüsət alır və sanki ənənəyə çevrilir. Görünür bəlkə də xaricdən təsirlər burada rol oynayır. Çünki mütəmadi olaraq daxildə vəziyyətə müdaxilə etmək istəyən məkrli və təxribatçı qüvvələrin təsirləri müşahidə olunur. Dövlətin aidiyyəti strukturları bu halların qarşısını alsa belə, yenə də özünə boşluq tapıb mənfur niyyətlərini həyata keçirmək istəyənləri görmək mümkündür”.Müsahibimiz qeyd edib ki, "Quran" iki milyarda yaxın müsəlmanın inandığı, müqəddəs saydığı və bir o qədər də insanın hörmət etdiyi kitabdır:“Bu kitaba qarşı, kitabın ehtiva etdiyi dəyərlərə qarşı təhqiramiz təbliğat aparmaq eyni zamanda ona etiqad edən milyonlarla insanı təhqir etməkdir. Xüsusən qadına yaraşmayan və xarakterik olmayan bu çıxışlar Azərbaycan qadınının tarixi, milli obrazına da xələl gətirir. Bəziləri də özlərini məşhur etmək üçün populist çıxışlara yol verir, sanki məsuliyyətə alınmayacaqlarından əmin şəkildə müqəddəsatı hədəfə gətirirlər. Bu kitabı təhqir etmək dövlətə, xalqın min ildən artıq yaşatdığı inanca hörmətsizlikdir”.Sosial şəbəkələrdən sui-istifadənin özü də günahdır.Dinşünas hesab edir ki, dinə görə nemətə qarşı naşükürlük, ondan sui-istifadə, nankorluq etmək böyük qəbahət və günahlardandır:“Heç kəs azadlıqdan, münbit və sabit şəraitdən, yaradılmış imkanlardan sui-istifadə etməməlidir. "Quran"a inanmayanlar özlərinə hörmət arzu edirlərsə, inananların inancını, kitabını təhqir etməməlidirlər. Bu məsələ bir qədər də dərinə getsə təxribata yol aça, əks etirazlar doğura bilər. Odur ki, bu və bu kimi xoşagəlməz hallara qarşı aidiyyəti qurumlar tərəfindən ciddi tədbir görülməsi zəruridir”.Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr