AZ

Laçının Güləbird kəndində həkim-tibb məntəqəsi tikiləcək

LAÇIN, 24 sentyabr. TELEQRAF

Laçın Güləbird kəndinin inzibati ərazisində həkim-tibb məntəqəsinin tikiləcək.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu fikirləriDövlət EkolojiEkspertiza Agentliyinin idarə heyyətinin sədri Mirsalam Qənbərov Laçın şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Güləbird kəndinin relyef şəraiti, Həkəri çayına və Zabuxçay su anbarına yaxınlığı nəzərə alınaraq, kəndin sel və daşqın sularından mühafizəsi məqsədilə aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələn nəzərə alınmaqla kəndin salınmasına dair layihə sənədi hazırlanaraq aidiyyəti qurumlar, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra ərazidə baş plan üzrə həkim-tibb məntəqəsinin tikinti layihəsinə müvafiq rey veriləcəkdir.

Seçilən
5
teleqraf.com

1Mənbələr