AZ

MDB Statistika Komitəsinin sədri: Rəqəmsallaşmada Azərbaycanın milli statistika qurumu nümunə ola bilər  

Müasir dünya qlobal transformasiya dövrünü yaşayır. Sürətlə dəyişən dünyada miqrasiya prosesləri əhalinin siyahıya alınması məsələsini çox çətinləşdirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri III Beynəlxalq Statistika Forumunda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən çıxışı zamanı MDB Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.

O bildirib ki, milli dövlətlərdə və ümumiyyətlə dünyada əhalinin sayını dəqiq bilmək və gələcək üçün düzgün proqnozlar vermək üçün statistikanın rəqəmsallaşması zəruridir.

“Bu sahədə Azərbaycanın milli statistika qurumu nümunə ola bilər. Azərbaycan statistikasının inkişafı istiqamətində görülən işlər sırasında hökumət tərəfindən qəbul edilən 6 dövlət proqramını nümunə göstərə bilərik. Bu proqramların sayəsində rəqəmsallaşma aparılaraq statistikanın təkmilləşdirilməsi həyata keçirilib”, - deyən K.Laykam nəzərə çatdırıb.

Onun sözlərinə görə, artıq 3 ildir ki, MDB dövlətlərinin müvafiq qurumları statistika işinin təkmilləşdirilməsi üçün müzakirələr aparırlar: “Bu müzakirələrin nəticəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Qarşılıqlı məlumat mübadiləsi və dəqiq rəqəmlərin təqdimatı bütün üzvlərin iqtisadi tərəqqisinə nail olmaq üçün həyata keçirilir. Yalnız peşəkar statistiklər gələcək üçün dəqiq proqnozlar verə və inkişaf istiqamətlərini müəyyən edə bilərlər. Buna görə də statistikanın tamamilə rəqəmsallaşmasının vaxtı çatıb. Bu işə milli statistika qurumları töhfə verməlidirlər ki, ümumi işimizi irəli apara bilək”.

Seçilən
15
2
azerbaijan-news.az

3Mənbələr