News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tailandın paytaxtı Banqkokun Dusit bölgəsində tikilməkdə olan yolda çökmə baş verib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində eni 30, dərinliyi 50 metr olan nəhəng çuxur əmələ gəlib, bir avtomobil çuxura düşüb.
Hadisə səbəbindən yaxınlıqdakı xəstəxana, polis bölməsi və bir neçə ev təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Əhali arasında panika yaşanıb. Banqkok qubernatoru çökmənin metro üçün tunel işləri və güclü yağışlarla bağlı ola biləcəyini deyib. Əraziyə giriş bağlanıb, araşdırma aparılır.
Nilufər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.