AZ

Boris Avakyanın intihar etdiyi yerdən FOTOLAR

Xəbər verdiyimiz kimi,  "Dağlıq Qarabağ" seperatçı rejimin "lideri" Arayik Harutyunyanın "eks-müşaviri", Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyan Ermənistan konsulluğunda ölü tapılıb. 

"Unikal" xəbər verir ki, Rusiya teleqram kanallarında Boris Avakyanın intihar etdiyini yazıb. Həmçinin,  yayımlanan fotolarda da sanitar qovşaqda həyatına qəsd edən Avakyanın meyitinin yayında mətbəx bıçağı aşkarlanıb. 

Məlumata görə, 4,2 milyard rubl vergidən yayınma işi üzrə təqsirləndirilən şəxs Boris Avakyan ibtidai istintaq zamanı məhkəmədən qaçaraq Vasilyevski adasındakı Ermənistan konsulluğunda gizlənib. O, sanitar qovşağa girib, özünü kilidləyib və uzun müddət orada qalıb. Bundan sonra konsulluq əməkdaşları Fövqəladə Hallar Nazirliyinə zəng vurub.

Qapını açandan sonra keçmiş məmurun qanlı meyitini aşkar ediblər. 

Gülayə Mecid 

Seçilən
17
1
unikal.az

2Mənbələr