AZ

Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib

Rusiya təyyarələrinin guya başqa ölkələrin hava məkanına müdaxiləsi ətrafında həyəcanlı isterika tamamilə əsassız və sübutsuzdur.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın Rusiyanın NATO ölkələrinin hava məkanını pozduğu təqdirdə onun təyyarələrinin bu ölkələr tərəfindən vurula biləcəyi ilə bağlı bəyanatını şərh edib.

"Biz hərbi pilotlarımızın guya hansısa qaydaları pozduğu və kiməsə məxsus hava məkanına müdaxilə etdiyi barədə həyəcanlı isterika eşidirik. Lakin bütün bu iddialar tamamilə əsassız və sübutsuzdur", - D.Peskov bildirib.

Seçilən
4
ikisahil.az

1Mənbələr