AZ

Bu ilin payızında 240 hektar meşə fondu sahəsində əkin işləri aparılacaq - Nazir müavini

İşğaldan azad edilmiş rayonlarda bu ilin payız əkin mövsümündə 240 ha meşə fondu sahəsində əkin və səpin işlərinin aparılması nəzərdə tutulur.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib

Onun sözlərinə görə, işğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonları ərazisində ümumilikdə 132 ha yeni yaşıllıq sahəsi salınıb:

"Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Planları nəzərə alınmaqla Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 ha meşə fondu sahəsində əkin və səpin işləri icra olunub. Bununla bağlı, hazırda ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir".

Seçilən
5
5
day.az

7Mənbələr