AZ

Almaniya kansleri ölkənin çətin vəziyyətini etiraf edib

Almaniya özünün yaxın tarixinin ən çətin dövrlərindən birini yaşayır.

Editor.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Onun fikrincə, bütün Qərb cəmiyyəti hazırda ən ağır sınaq qarşısındadır.

“Yalnız artıma yönəlmiş iqtisadiyyatda biz infrastrukturu maliyyələşdirmək, həmrəylik nümayiş etdirmək və uzunmüddətli perspektivdə sosial təminata zəmanət vermək üçün lazımi resursları yarada bilərik”,- deyə Merz deyib.

O, ölkədə geniş islahatların aparılmasının tərəfdarıdır.

Merz daha əvvəl qənaət tədbirlərinə çağırıb. O, Almaniyanın “öz imkanlarından kənarda yaşadığını” və mövcud sosial təminat sistemini ödəyə bilməyəcəyini iddia edib. Nəticədə kansler sosial təminat sisteminin əsaslı şəkildə yenidən qurulmasına çağırıb və bu il rekord il olan 2024-cü ilə nisbətən daha çox xərclənib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr