AZ

Berdiyev daha özünə yerli köməkçi götürmək istəmir, üz vurmayın!

Bir qrup azarkeş «Turan Tovuz»un idarəçiləri ilə görüşüb.

Onlar bu yay karyerasını bitirən Kamal Bayramovun əsas komandada işlə təmin olunmasını xahiş edib.

Ötən mövsüm «Şamaxı»nın formasını geyinmiş qapıçının məşqçi kimi Kurban Berdiyevin korpusuna götürülməsini istəyiblər.

Bildiriblər ki, 40 yaşlı keçmiş kiper «Turan»a qaytarılarsa, bu, baş məşqçinin işini asanlaşdıracaq, onunla futbolçular arasında əlaqə bağı yaranacaq, çünki Bayramov liderlik keyfiyyətinə malikdir, əvvəl də burada forma geyindiyindən, kollektiv daxilində böyük nüfuzu var.

Fanatların görüşdüyü funksioner onları məyus eləyib. Deyib ki, Berdiyev klubda kiminsə sözünə, məsləhətinə qulaq asmır, rəhbərliklə komanda ilə bağlı heç bir məsləhətləşmə aparmır.

Həmçinin söyləyib ki, rusiyalı çalışdırıcı Ruslan Abuşovla Yunis Hüseynovdan sonra öz korpusunda yerli köməkçi görməyə həvəs göstərmir və bu söhbət aylar öncə bağlanıb.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr