Lənkəranda məktəbdə şagirdlə xadiməni döyən direktor müavini işdən qovulub.
XəzərNews.az yurd.media-ya istinadla xəbər verir ki, rayonun M.Qarayev adına Zövlə kənd tam orta məktəbində direktor müavininin həm şagirdə, həm də texniki işçiyə şiddət göstərməsini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası araşdırılıb və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.
Məlumata görə, hadisə ilə bağlı polis tərəfindən də raşdırma başladılıb. Tərəflər bir-birilərindən şikayətlərinin olmadıqlarını bildirdikləri üçün barışıq əldə olunub.
Xəbər 1 dəfə oxunub.