AZ

Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Mərkəz Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddəti gələn il başa çatır. Hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb.

MSK-nın səlahiyyət müddəti 5 il olduğundan gələn ilin aprelində qurumun hazırkı tərkibinin işinə son veriləcək.

25 ildir MSK-ya rəhbərlik edən Məzahir Pənahovun yeni tərkibdə olmayacağı ehtimalı böyükdür.

Turkustan.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, komissiyanın yeni sədri Rövzət Qasımov olacaq.

Qeyd edək ki, Rövzət Qasımov 1978-ci ildə doğulub. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir.

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir. Komissiya sədrinin müavinidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
15
icma.az

10Mənbələr