Sentyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Eokologiya.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.