"Jenis" qadın futbol komandasının üzvü Viktoriya Kaysarinova dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, hadisə sentyabrın 23-də baş verib. V. Kaysarinova Astana və Pavlodarı birləşdirən magistral yolda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Məlum olub ki, futbolçunun da içində olduğu avtomobilin sürücüsü təhlükəsizliyi təmin edə bilməyib və məsafəni düzgün saxlamayıb, nəticədə yük maşını ilə toqquşub.