Uzun müddətdir heç bir layihədə yer almayan aktrisa Nurgül Yeşilçay İstanbulu tərk edib.
BAKU.WS xəbər verir ki, o İzmirdə təbiət qoynunda böyük ev inşa etdirərək ora köçüb.
Nurgül bundan sonra sevgilisi Necati Kocabay ilə orada yaşayacaq.
Aktrisa bunu İstanbulun səs-küyündən qaçmaq üçün edib.
49 yaşlı Nurgül evin inşası zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.
Evin həyətində hovuz da var. Mənzilin çöl hissəsində həsirlərdən müxtəlif dekorlar asılıb.