AZ

Marsın fəthi planı reallaşır - Foto

Marsın

İnsanlar 2055-ci ilə qədər Mars planetində davamlı, müstəqil koloniya qura bilərlər. Bunun üçün hər iki ildən bir açılan uçuş imkanları zamanı Marsa çatdırılan yük sürətlə artırılmalıdır.

Reyting.az
xəbər verir ki, bunu “SpaceX” və “Tesla Motors” şirkətlərinin yaradıcısı İlon Mask bildirib.

Amerikal milyarderin sözlərinə görə, yaşayış modullarından tutmuş robot köməkçilərə qədər bütün zəruri infrastruktur Marsa daşınmalıdır. Üstəlik, bu cür koloniya ərzaq istehsalı, yanacaq əldə edilməsi və çip, kompüter, həmçinin kosmik raketlər kimi texnologiyaların hazırlanması üçün geniş imkanlara malik olmalıdır.



İ. Mask deyib ki, bu məqsədlə "SpaceX" şirkəti tamamilə çoxdəfəlik "Starship V3" raket sistemi hazırlayır. Yeni raket 124,4 metr hündürlükdə olacaq, həm də 100 tondan çox yükü problemsiz daşıya biləcək.

"SpaceX" şirkəti həmçinin gələn ildən öz ilk pilotsuz missiyalarını Marsa göndərməyi planlaşdırır.

Oqtay QORÇU
Seçilən
7
1
reyting.az

2Mənbələr