AZ

Keyn bizə qoşulmağı uyğun saysa... Tottenhem in baş məşqçisi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Tottenhem"in baş məşqçisi Tomas Frank "Bayern Münhen"in forvardı Harri Keynin London komandasına qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:

"Düşünürəm ki, başda özüm olmaqla, "Tottenhem" azarkeşlərinin çoxu Harrini yenidən burada görmək istəyirlər. Keyn bizə qoşulmağı uyğun saysa, buna yalnız şad olarıq".

Qeyd edək ki, cari mövsüm "Bayern" forması ilə bütün turnirlədə 12 matça çıxan Keyn 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı İngiltərə millisinin forvardının transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr