"Herta"nın 14 futbolçusu həftə ərzində baş tutan məşqlərə qatıla bilməyib.
Milli.Az xəbər verir ki, bu barədə Berlin təmsilçisinin kapitanı Fabian Riis məlumat verib.
Onun sözlərinə görə, komanda yoldaşları koronavirusa yoxulub. Bu səbəbdən 14 oyunçu məşqlərdə iştirak etməyib.
Qeyd edək ki, "Herta" II Bundesliqanın VII turu çərçivəsində səfərdə "Nürnberq"in qonağı olacaq. Qarşılaşma sentyabrın 28-də baş tutacaq.
Milli.Az