AZ

Trump Elon Maskın işdən çıxardığı yüzlərlə dövlət qulluqçusunu geri qaytarır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarında, Elon Maskın xərcləri azaltmaq məqsədilə başlatdığı kampaniya çərçivəsində işini itirən yüzlərlə dövlət qulluqçusuna vəzifəyə bərpa olunmaq təklifi verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ-ın dövlət satınalmalarını nəzarət edən Ümumi Xidmətlər İdarəsi (GSA), daha əvvəl dövlətə aid ofislərdə işləyən vəzifəli şəxslərə bu həftənin sonuna qədər bərpa qərarını qəbul etmələri üçün vaxt verib.

Bu şəxslər, oktyabrın 6-da yeddi aylıq ödənilən məzuniyyətdən sonra işə başlamalıdırlar. Qeyd edilir ki, bu müddət ərzində GSA, bəzi hallarda, vergi ödəyicilərinin üzərinə yüksək xərclər qoyaraq, icarəyə verilmiş onlarca əmlak üçün müqavilələrin bağlanması və ya müddətinin bitməsi planlaşdırılmasına baxmayaraq, bu əmlaklara xərclər çəkib.

Agentlikdən verilən məlumata görə, işdən çıxarılan əməkdaşların bir qismi digər dövlət qurumlarında da öz vəzifələrinə qayıdırlar.

Agentlik bildirir ki, martdan etibarən, GSA-nın minlərlə əməkdaşı, agentlikdən könüllü şəkildə istefaya çıxmaq və ya erkən pensiyaya getmək təşviqi ilə vəzifədən ayrılıb. Digər yüzlərlə şəxs isə Elon Maskın xərcləri azaltmaq məqsədilə apardığı kampaniya çərçivəsində işdən çıxarılıb. Bu əməkdaşlar işə gəlməsələr də, bəziləri maaşlarını alıb.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Trump administrasiyası bir sıra dövlət qurumlarında kütləvi ixtisarlar həyata keçirib. Bu işlərdə Elon Mask da fəal iştirak edib, çünki o, son zamanlara qədər federal hökumətin səmərəliliyini artırmaq üçün məsul qurum olan DOGE-yə rəhbərlik edib. Bu, hədsiz şişirilmiş dövlət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq məqsədi daşıyırdı.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
icma.az

1Mənbələr