AZ

Azərbaycan və Moldova arasında prioritet əməkdaşlıq istiqamətləri açıqlanıb

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda Moldovada istehsal olunan əczaçılıq məhsullarına böyük maraq var.

Bunu "Invest Moldova" Agentliyinin direktoru Natalia Bejan deyib.

Onun sözlərinə görə, bu məhsullar Azərbaycana ixrac edilir: "Lakin daha çox potensialın mövcud olduğunu görürük. Enerji sahəsində əməkdaşlığı qorumaq bizim üçün xüsusilə vacibdir. Əmin olmalıyıq ki, enerji məhsullarına ehtiyacımız artdıqda Azərbaycandan təchizat imkanımız olacaq".

O deyib ki, əməkdaşlığın inkişafı üçün potensial sahələr mövcuddur: "Bunlardan biri İKT sektorudur. Moldovada İT və biznes xidmətləri sahəsi kifayət qədər inkişaf edib və İT şirkətləri üçün sadələşdirilmiş vergi rejimi təklif edən cəlbedici İT parklarımız mövcuddur. Eyni zamanda, Kişinyov və Bakı arasında turizm sahəsində də istifadə olunmamış böyük potensial mövcuddur. Uzunmüddətli tarixi əlaqələr və ölkələrimiz arasında davamlı dostluq bu əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır".

Bu ilin yanvar-avqust ayında Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin dəyəri 6 milyon 422 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % azdır. İl ərzində Azərbaycanın Moldovaya ixracının dəyəri 3,4 % artaraq 3 milyon 185 min ABŞ dollarına çatıb, bu ölkədən idxalı isə 9,6 % azalaraq 3 milyon 237 min ABŞ dollarına düşüb(report).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
mia.az

2Mənbələr