AZ

Tanınmış jurnalist vəzifəyə təyin edildi

Tanınmış jurnalist Azər Niftiyev Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri təyin edilib. 

QHT.az xəbər verir ki, 25 ilə yaxındır peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan A.Niftiyev respublikanın aparıcı qəzetlərində, informasiya agentliklərində və bir sıra xəbər portallarında rəhbər vəzifələrdə çalışıb. Onun rəhbərlik etdiyi Sosial Media Mərkəzi (SMM) və Azərbaycan Biznes Kommunikasiya Mərkəzi (ABC) PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular və digər istiqamətlərdə fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası ötən ilin noyabrın 30-da təsis edilib.  Palata "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna müvafiq olaraq qiymətləndirmə sektorunda inzibati tənzimləməni həyata keçirir və AQP-yə Nüsrət İbrahimov rəhbərlik edir.

Seçilən
0
4
qht.az

5Mənbələr