AZ

İspaniya müdafiə nazirinin olduğu təyyarədə GPS problemi yaşandı

İspaniyanın müdafiə naziri Margarita Roblesin də sərnişin olduğu hərbi təyyarə Rusiyanın Kalininqrad anklavı yaxınlığından keçərkən GPS siqnallarında nasazlıq qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə “Reuters” İspaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təyyarədə nazirlə yanaşı, NATO-nun şərq cinahında hava məkanının müdafiəsi missiyasında iştirak edən ispan hərbçilərinin ailə üzvləri də olub.

Qeyd olunur ki, həmin missiya ayın əvvəlində Polşa hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının vurulmasından sonra həyata keçirilməyə başlanıb.

Xatırladaq ki, sentyabrın 1-də Bolqarıstanın Plovdiv hava limanında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin təyyarəsi də eniş zamanı GPS pozuntusu səbəbilə çətinliklərlə üzləşmişdi.

News365.az

Seçilən
3
news365.az

1Mənbələr