Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının Yasamal rayonunda baxımsız vəziyyətdə olan binaya narkomanlar toplaşırlar.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
"Bina M.F.Axundov küçəsi, 86 ünvanında yerləşir. Üçmərtəbəli binanın sonuncu mərtəbəsində qadınlar yaşayırlar. Baxımsız qalan aşağı mərtəbələrdə isə gecələr toplaşan bomjlar və narkomanlar hay-küy salırlar. Ərazidə antisanitar vəziyyət hökm sürür", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər görülür.
"Adıçəkilən ünvanda da narkotik maddə istifadəçiləri, həmçinin, tüfeyli həyat tərzi keçirən şəxslərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib. Bu istiqamətdə tədbirlər diqqət mərkəzində saxlanılır", - deyə E.İbrahimov bildirib.
Məsələ ilə bağlı Yasamal Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, cavab almaq mümkün olmayıb.
Əzizə İsmayılova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.