AZ

“Ekitikenin etdiyi ağılsızlıqdır”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Liverpul” İngiltərə Kubokunda “Sauthempton”u mübarizədən kənarlaşdırıb – 2:1.

Futbolpress.az xəbər verir ki, matçda “qırmızılar”ın qələbə qolunu vuran Uqo Ekitike sevinci zamanı formasını çıxarıb və ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Müdafiəç Endryu Robertson komanda yoldaşının “qırmızı”sına belə reaksiya verib:

“Ekitikenin bu sevincinə təəccübləndim. Lakin futbol emosiyalar oyunudur və görünür o, vərəqəni unutmudu. İlk sarı vərəqəsi axmaqcasına idi. İndi qırmızı aldı və təəssüf ki, onu Premyer Liqadakı növbəti oyunda görməyəcəyik.

Ekitikenin etdiyi ağılsızlıqdır. İnanıram ki, bundan dərs alacaq və bir daha təkrarlamayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
futbolpress.az

1Mənbələr