AZ

Almaniya Avropanı Ukraynaya dəstəyi artırmağa çağırır: "Məsuliyyəti üzərinə götürməlidir"

ABŞ prezidenti Donald Tramp Ukraynanın müharibədə qalib gələcəyini bəyan etdikdən sonra Almaniya xarici işlər naziri Yohann Vadefül Avropanı Ukraynaya dəstəyi artırmağa çağırıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Avropa daha məsuliyyətli yanaşmalı və Ukraynanı daha güclü şəkildə dəstəkləməlidir.

Vadefül Reuters-ə verdiyi müsahibədə qeyd edib:
“Biz özümüzün nəyə qadir olduğumuzu görməliyik. Biz daha çox şey əldə edə bilərik; bütün Avropa dövlətləri Ukraynaya verdikləri vədləri yerinə yetirməyiblər. Biz daha hansı maliyyə və hərbi imkanlarımızın olduğunu nəzərdən keçirməliyik”.

Adı açıqlanmayan iki rəsmi, Reuters-ə verdikləri açıqlamalarda, Trampın mesajının Avropaya yönəldiyini və indi məsuliyyətin Avropanın üzərinə düşdüyünü vurğulayıblar.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr