Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşlər davam edir.Görüşlərdə əmək münasibətlərinin elektronlaşdırılması və nəzarət sisteminin formalaşdırılması üzrə təcrübə mübadiləsi aparılıb. Bu çərçivədə elektron audit, qanunvericiliyin cari vəziyyəti və perspektivləri, inzibati xətalara dair işlərin elektron platforma üzərindən aparılması məsələləri diqqət mərkəzində olub. Həmçinin “Əmək və məşğulluq” altsisteminin yaratdığı imkanlar və hədəflər barədə təqdimatla çıxış edilib.Bununla yanaşı, görüşlərdə DOST mərkəzlərinin uğurlu fəaliyyət istiqamətlərindən də söz açılıb. Mərkəzlərin əmək münasibətləri və sosial sahəsində tətbiq etdiyi innovativ yanaşmalar barədə fikir mübadiləsi aparılıb.Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, mövcud əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta