AZ

“Ermənistan bu problemi köklü şəkildə həll etməlidir” - Elçin Mirzəbəyli

"Ermənistan-Türkiyə münasibətləri: Texniki addımlar atılır, amma ərazi iddiaları qalır".

Politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib ki, Ermənistanla Türkiyə arasında diplomatik təmaslar davam edir və gündəlikdə bir sıra praktiki addımlar var.

Bunlara əlaqələrin iqtisadi müstəvidə qurulması, keçid məntəqələrinin açılması, diplomatik əlaqələrin bərpası və s. daxildir:

“Texniki xarakterli addımlar atılır, amma Ermənistanın konslusiyasında və müstəqillik bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır.

Qərbi Ermənistan, Ağrı və Ararat dağları kimi məsələlər dolayısıyla problem yaradır. Ermənistan bu problemi köklü şəkildə həll etməlidir”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.

Seçilən
6
news365.az

1Mənbələr