AZ

Hüseyni aldatdılar: Daha heç kimə yardım etməyəcəyəm

ain.az, Azxeber.com saytına istinadən bildirir.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial mediadan ona ünvanlanan yardım mesajlarından danışıb.

AZXEBER.COM xəbər verir ki, musiqiçi aldadıldığını bildirib.

O, etibarından sui-istifadə edildiyi üçün artıq heç kimə yardım etməyəcəyini deyi:

"Hər gün mənə yardımla bağlı saysız-hesabsız mesajlar gəlir. Bacardığım qədər dəstək olmağa çalışmışam. Dünən bir zəng gəldi ki, uşağım ağır ürək  əməliyyatı olunub, xəstəxanadadır. Ona təcili maddi kömək lazımdır. Dostum yardım göndərdi, mən də dedim ki, məni görüntülü yığın, xəstəxananı görüm, nə probleminiz varsa deyin, kömək olum. O anda qardaş başladı bəhanələr eləməyə, sonda da dedi ki, mənim başqa problemlərim var. 

İnsan necə yalandan övladının adından belə şeylər edə bilər? O qədər həqiqi xəstələr var ki, belə yalançılara görə biz xəstə insanlara da kömək edə bilmirik. Bu zəngi araşdırmasaydım mən də inanacaqdım, pul göndərəcəkdim. Ona görə də artıq bütün yardımlara son qoyuram. Bundan sonra mənə heç kim köməklə bağlı mesaj yazmasın. Xəstəni gözümlə görməsəm, heç kimə yardım etməyəcəyəm".

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
azxeber.com

1Mənbələr