AZ

Gülnarə Kərimovanın müsadirə edilən pulları ilə bağlı qərar

BAKI, 24 sentyabr. TELEQRAF

Özbəkistanın mərhum prezidenti Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilən pulunun 20 milyon dolları təhsil imkanlarının yaxşılaşdırılmasına ayrılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində 45 kənd məktəbinin təmiri, onların su, müasir kanalizasiya, istilik sistemləri və ekoloji cəhətdən təmiz enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aprel ayında Gülnarə Kərimovanın İsveçrə banklarında saxladığı 67 milyon dollar pul Özbəkistana qaytarılıb. Prosesə nəzarət etmək üçün BMT-nin nəzdində fond yaradılıb.

Seçilən
26
4
teleqraf.com

5Mənbələr