AZ

Kreml: Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək...

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya lideri ilə birlikdə forumda Belarusun Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, həmçinin İran İslam Respublikasının, Özbəkistanın, eləcə də digər ölkələrin nümayəndələri iştirak edəcəklər", - məlumatda qeyd olunub.

Bildirilib ki, sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin ölkənin atom sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda çıxış edəcək.

Daha əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə Moskvada Paşinyanla Putinin görüşünün planlaşdırıldığını bildirmişdi.

Poliqon.info

Seçilən
2
5
poliqon.info

6Mənbələr