AZ

Ukrayna bu şəhəri də vurur: Ölən və yaralananlar var

Novorossiyskdə pilotsuz təyyarənin hücumu nəticəsində yaşayış binaları zədələnib, ölənlər var.

Publika.az xəbər verir ki, bu barədə Krasnodar qubernatoru Veniamin Kondratyevin "Telegram" kanalında yazıb.

"İlkin məlumatlara görə, altı nəfər ölüb, üç nəfər yaralanıb. Beş yaşayış binası, həmçinin bir otelə ziyan dəyib. Hücumun dəf edilməsi üçün səylər davam edir", - Kondratyev bildirib.

Qubernator dronların şəhərin mərkəzinə zərbələr endirdiyini deyib. O deyib ki, bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib. Vilayət qubernatoru həmçinin Novorossiysk sakinlərini mümkünsə evdə qalmağa çağırıb.

Seçilən
13
publika.az

1Mənbələr