Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 25-26-da Rusiyaya səfər edəcək.
Busaat.az xəbər verir ki, bu barədə “Pul Pervogo” Teleqram kanalı məlumat yayıb.
“Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 25-26-da Rusiya Federasiyasına işgüzar səfər edəcək”, -deyə məlumatda deyilir.
Telekanal müəlliflərinin məlumatına görə, Belarus lideri Qlobal Atom Forumunda iştirak edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Hər iki dövlət başçıları ikitərəfli münasibətlərə dair qeydləri müqayisə edəcək və beynəlxalq gündəliyi müzakirə edəcəklər.
Yeganə