AZ

Bolqarıstan millisində yeni baş məşqçi

Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb. Komandanı Aleksandar Dimitrov çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. A.Dimitrov bu vəzifədə İlian İliyevi əvəzləyib.

Qeyd edək ki, bolqarıstanlı mütəxəssis buna qədər ölkəsinin U-21 millisini çalışdırırdı.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
24
1
sia.az

2Mənbələr