AZ

Aİ Trampın Ukrayna ilə bağlı mesajlarını alqışlayır

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqtonla Rusiyanın təcavüzünə qarşı mübarizə məsələlərində qarşılıqlı əlaqələrin gücləndirilməsi Brüsselin və şəxsən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin məqsədyönlü səylərinin nəticəsi olub.

Bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Olof Gill bildirib.

Brüsseldə dolayı olaraq ABŞ Prezidenti Donald Trampın Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti Qərbin dəstəyi ilə geri qaytara biləcəyi barədə sözlərini alqışlanıb, bunu öz işlərinin nəticəsi kimi qiymətləndiriblər.

Rəsmi nümayəndənin sözlərinə görə, Aİ-nin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyi dəyişməz qalır.

\report

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
azxeber.com

3Mənbələr