1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya müdafiə naziri Marqarita Roblesi daşıyan təyyarə Rusiyanın Kalininqrad vilayəti üzərindən uçarkən ciddi naviqasiya problemləri ilə üzləşib.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Bildirilir ki, hava gəmisində GPS sistemi ilə bağlı nasazlıq Litvaya rəsmi səfər zamanı qeydə alınıb.
Roblesin səfərinin məqsədi Litvanın müdafiə naziri Dovile Şakalene ilə görüşmək olub. Danışıqlardan sonra hər iki nazir NATO-nun Baltikdəki fəaliyyətləri çərçivəsində Şyaulyay aviabazasına birlikdə baş çəkib.