AZ

Azərbaycan klubunun baş məşqçisi: “Çox vacib oyuna çıxacağıq”

"Çox vacib bir oyuna çıxacayıq".  

Bizim.Media xəbər verir ki, bunu "Absheron Lions" klubunun baş məşqçisi Erhan Toker "Anortosis"lə matçdan öncə deyib. 

Türkiyəli mütəxəssis səfərə sərfəli nəticə ilə yollanmaq istədiklərini də bildirib:
 

"Liqa başlamamışdan öncə avropa səhnəsində təsnifat görüşü oynamaq bir qədər çətindir. Təbii ki, tam anlamda ən yüksək formamızda deyilik. Bacardığımız qədər matç saatına qədər ən optimal formada olmağa çalışacayıq. Səhvlərimizi və zəif tərəflərimizi yalnız bu oyunda meydanda görə biləcəyik. Səfərə sərfəli nəticə ilə yollanmaq istəyirik. Rəqibin heyətinə gəlincə, legionerlərlə yanaşı 3-4 yerli oyunçuları da var. Ötən ildə heyətdə yer alıblar.  Ümid edirəm hər şey biz istəyən məcrada davam edəcək".


Qeyd edək ki, "Absheron Lions" FIBA Avropa Kubokunda bu axşam Kiprin "Anortosis" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr