AZ

"Qarabağ" - "Kopenhagen" matçının biletləri nə vaxt satışa çıxarılacaq?

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" oktyabrın 1-də "Kopenhagen"i qəbul edəcək.

"Köhlən atlar"ın Danimarka təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi qarşılaşmaya maraq böyükdür.

"Qarabağ"ın sözçüsü Anar Hacıyev fanat.az-a ÇL-in 2-ci turunda baş tutacaq görüşün biletlərinin satışa çıxarılacağı tarixi açıqlayıb: "Plana əsasən biletlər cümə günü satışda olmalıdır. Bu yöndə son hazırlıq işləri gedir".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.

İdman.biz

Seçilən
2
2
idman.biz

3Mənbələr