AZ

Gələn il qəbul imtahanlarının modeli dəyişəcək? - RƏSMİ

Gələn ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında builki imtahan modeli tətbiq olunacaq.

Far.Az xəbər verir ki, bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.

Seçilən
4
15
far.az

10Mənbələr